[b]Floresku sabiq klubuna qayıdır[/b]
28.12.2015 - 09:46
[b]Floresku sabiq klubuna qayıdır[/b]

“Qəbələ”dən ayrılan George Floresku karyerasını Rumıniyada davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, bu ilin yayında ölkəmizə gəlib, yarım ildən sonra klubsuz qalan yarımmüdafiəçi “Astra” ilə danışıqlar aparır.

 

Rumıniya çempionatının lideri 31 yaşlı futbolçunu yenidən heyətində görməkdə maraqlıdı. 2013-cü ildə, həmçinin 2014/15 mövsümündə “Astra”da çıxış edən Floresku da həmyerliləri ilə danışıqlar apardığını təsdiqləyib: “Hazırda bir neçə klubla danışıqlar aparıram. Rumıniya klublarının maraq dairəsindəyəm. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. İnanıram ki, “Astra” bu mövsüm Rumıniya çempionu olacaq. Bu uğurda pay sahibi olacağımı istisna etmirəm”.

 

Qeyd edək ki, Floresku Topaz Premyer Liqasında cəmi 1 oyun keçirib.

 

0