[b]“Qəbələ” Avroliqanın vitse-çempionu ilə oynayacaq[/b]
29.12.2015 - 00:28
[b]“Qəbələ” Avroliqanın vitse-çempionu ilə oynayacaq[/b]

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

 

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq.

 

Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

 

Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komanda UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

 

(klub saytı)

0