[b]Vaqif Cavadov razılaşdı, Kamran Ağayev qiymət oxudu[/b]
29.12.2015 - 15:14
[b]Vaqif Cavadov razılaşdı, Kamran Ağayev qiymət oxudu[/b]

Topaz Premyer Liqasında qış fasiləsinə 8-ci pillədə yollanan “Sumqayıt” daha 2 futbolçu ilə yolları ayırıb. Apasport.az saytı xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Elnur Abdulov və Fuad Məmmədzadənin ardınca, Nuran Qurbanov və Tural Rzayevlə də vidalaşıb.

 

Klubun baş meneceri Ceyhun Sultanov saytımıza açıqlamasında bildirib ki, hər iki futbolçu artıq “Sumqayıt”ın üzvü deyil. Onun sözlərinə görə, “təmizləmə” işi ilə eyni vaxtda transferlərə də diqqət ayıran sumqayıtlıların Kamran Ağayev planı baş tutmayacaq: “Kamranla danışıq aparırdıq. Amma böyük ehtimalla, onun keçidi alınmayacaq. Çünki maddi cəhətdən ortaq məxrəcə gələ bilməmişik. Vaqif Cavadovla isə ilkin razılıq əldə olunub. Onunla 6 aylıq müqavilənin imzalanlması nəzərdə tutulub”.

 

“Sumqayıt”ın qış toplanışı barədə də danışan Sultanov hələlik məsələyə aydınlıq gəlmədiyini qeyd edib: “Qış toplanışını harda keçirəcəyimiz bilinmir. Biz Türkiyəyə getmək istəyirik. Amma bu məsələyə yanvarın əvvəlində aydınlıq gələcək”.

0