[b]Topaz Premyer Liqasının “bolşevik”i[/b]
29.12.2015 - 16:11
[b]Topaz Premyer Liqasının “bolşevik”i[/b]

Dünyanın müxtəlif liqaları üçün fərqli seriyalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları da bəzi göstəricilər üzrə “onluğ”a daxil olub.

 

Son 4 oyununda 1-dən artıq qol vurmayan AZAL planetin “menşevik”lərindəndi. Bakılılar dünyada 4-cü nəticəyə şərikdisə, Əlcəzair “Setif”i 7 matçlıq seriyaya malikdi.

 

“Sumqayıt” son 8 qarşılaşmada 2 və daha çox qol buraxır. Burada antirekord Yunanıstanın 2-ci liqasında 23 turdu 2 və daha çox qol buraxan “Paniliakos”a məxsusdu. “Gənclik şəhəri” təmsilçisinin iştirakı ilə keçirilən son 4 matçda 4 və daha çox qol vurulub. Çempionatımızın “bolşevik”i dünyada 3-cü nəticəyə imza atan klublar sırasındadı.

 

“Zirə”nin son 4 oyununda fasilədən sonra azarkeşlər qol görmür. Təmsilçimiz dünyada 4-cü nəticəyə şərikdi. Bu göstəricidə rekord bir neçə komandanın nail olduğu 6-ya bərabərdi.

 

Ardıcıl 7 oyun qol vurmadan yollanan “Xəzər Lənkəran” planetin 5-ci belə komandasıdı. Antirekord isə Yunanıstanın 2-ci liqasında 17 turdu qol vurmayan “Paniliakos”a məxsusdu.

 

 

0