[b]“Qəbələ” gənclərə “dərs keçdi”[/b]
04.02.2016 - 22:36
[b]“Qəbələ” gənclərə “dərs keçdi”[/b]

Topaz Premyer Liqasının XX turunun “İnter”lə səfər qarşılaşmasına hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib.

 

Qəbələ şəhər stadionunda keçirilən görüşə əsas komanda aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Vojislav Stankoviç, Rafael Santos, Məhəmməd Mirzəbəyov, Aleksey Qay, Elvin Camalov, Rəşad Sadiqov, Rəşad Eyyubov, Dodo, Ermin Zets.

 

Fasilədən sonra bütün heyəti dəyişən Qriqorçuk fərqli “11-liy”ə şans verib. Bu dəfə meydana aşağıdakı futbolçular daxil olub: David Pietrzkieviç, Ürfan Abbasov, Vitali Vernidub, Bəhlul Mustafazədə, Pavel Paşayev, Vadim Abdullayev, Qismət Alıyev, Asif Məmmədov, Samir Zərgərov, Rikardinyo, Emerson Brito.

 

Yoxlama oyununun ilk 45 dəqiqəsində iki qol vurulub. Əsas komanda 1-ci hissənin ilk yarısında rəqibinin qapısına yol tapmağı bacarıb. Hər iki topu braziliyalı futbolçular rəqib qapısından keçirib. 15-ci dəqiqədə Rafael Santos hesabı açıb. 5 dəqiqə sonra isə Dodo fərqi artırmağa nail olub.

 

Oyunun ikinci hissəsində Qriqorçukun yetirmələri U-19-un qapısına daha bir dəfə yol tapıb. 65-ci dəqiqədə Asif Məmmədov fərqi 3-ə çatdırıb. Bu qarşılaşmada son qol olub – 3:0.

 

Sabah bərpaedici hazırlıqla kifayətlənəcək komanda fevralın 6-da Bakıya yollanacaq. “Qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 7-də, paytaxtda “İnter”ə qarşı keçirəcək.

 

(klub saytı)

0