4 komanda 1/4 finalda
05.02.2016 - 09:24
4 komanda 1/4 finalda

Futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start verilib. Apasport.az saytının məlumatına görə, A və B qruplarında növbəti matç baş tutub.

 

Bu görüşlərdən sonra hər iki qrupda sonuncu pillənin sahibi müəyyənləşib. Ardıcıl ikinci məğlubiyyətini alan Sloveniya və Macarıstan 1/4 final şanslarını itirib. Mübarizəni dayandıran bu iki komandanın yer aldığı qruplarda 4 yığma medallar uğrunda yarışı davam etdirəcək.

 

Sloveniyanı 6:2 hesabı ilə məğlub edən Portuqaliya A qrupunda Serbiya ilə birlikdə 1/4 finala yüksəlib. Son turda bu iki yığma 1-ci yerin taleyinə aydınlıq gətirəcək.

 

B qrupunda isə Macarıstanı 6:3 hesabı ilə məğlub edən Ukrayna özü ilə birlikdə İspaniyanı da 1/4 finala daşıyıb. Bu qrupda da son tur 1-ci yer baxımından həlledici olacaq.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

Qrup mərhələsi

II tur

4 fevral

A qrupu

Sloveniya – Portuqaliya – 2:6

1

Portuqaliya

1

1

0

0

6-2

3

2

Serbiya

1

1

0

0

5-1

3

3

Sloveniya

2

0

0

2

3-11

0

 

B qrupu

Macarıstan – Ukrayna – 3:6

1

Ukrayna

1

1

0

0

6-3

3

2

İspaniya

1

1

0

0

5-2

3

3

Macarıstan

2

0

0

2

5-11

0

 

0