Premyer Liqanın ən yaxşıları açıqlandı - FOTO
05.02.2016 - 12:23
Premyer Liqanın ən yaxşıları açıqlandı - FOTO

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu və baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Mançester Siti”nin hücumçusu Serxio Aquero ayın futbolçusu seçilib.

 

Argentinalı forvard Premyer Liqada keçirdiyi 4 oyunda 5 qola imza atıb və 1 məhsuldar ötürmə verib. Həmin 4 qarşılaşmanın 2-də qələbə qazanan “şəhərlilər” digər 2 matçda heç-heçə ediblər.

 

Yanvar ayının ən yaxşı baş məşqçisi adına isə “Sauthempton”un çalışdırıcısı Ronald Kuman layiq görülüb. Onun rəhbərliyi altında komanda ötən ay keçirdiyi 4 görüşün 3-də qələbə qazanıb, 1-də məğlub olub. “Sauthempton” 24 turdan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşır.

 

Qeyd edək ki, İngiltərə Liqa Kuboku və Federasiya Kuboku da daxil olmaqla, Aquero yanvar ayında 7 oyunda iştirak edib, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0