[b]"Telekom" yenidən zirvədə - YENİLƏNİB[/b]
06.02.2016 - 19:07
[b]"Telekom" yenidən zirvədə - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, “Azəryol” “Telekom” klubunu qəbul edib.

 

Gərgin keçən görüş “rabitəçilər”in qələbəsi ilə yekunlaşıb. Onlar rəqiblərini tay-brekdə məğlub ediblər.

 

Düzdü, oyun Ziya Rəcəbovun yetirmələrinin gözəl oyunu ilə start götürüb. Onlar ilk hissəni çətinliklə aktivinə yazdıqdan sonra ikinci seti də öndə bitiriblər. Lakin “Azəryol” bunun ardını gətirə bilməyib.

 

“Telekom” inamlı çıxış sayəsində öncə fərqi azaldıb, ardınca status-kvonu bərpa edib. Tay-brek isə daha dramatik alınıb. “Azəryol” hesabda öndə olsa da, yekunda Zoran Qayiçin yetirmələri seviniblər. Onlar 4 xallıq fərqi (8:12) aradan qaldıraraq, əzmkar qələbə qazanıblar.

 

Bu qələbə “Telekom”u müvəqqəti də olsa zirvəyə yüksəldib. “Azərreyl”dən 1 oyun çox keçirən komanda “dəmiryolçular”ı 1 xal qabaqlayırlar. Aktivinə 1 xal əlavə edən “Azəryol” isə yenə 4-cüdü.

 

6 fevral

XV tur

“Azəryol” – “Telekom” - 2:3 (27:25; 25:21; 14:25; 22:25; 13:15)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Azəryol” – “Telekom” - 1:3 (22:25; 21:25; 25:21; 18:25)

İkinci dövrə: “Telekom” - “Azəryol” - 3:1 (28:30, 25:22, 25:20, 25:23)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

13

10

3

5

3

2

0

1

2

31-16

1087-921

28

2

Azərreyl

12

9

3

7

1

1

1

1

1

30-12

984-757

27

3

Lokomotiv

12

8

4

7

1

0

1

1

2

27-13

928-777

25

4

Azəryol

11

5

6

3

1

1

3

3

0

24-21

1005-964

17

5

Gənclik

12

3

9

2

0

1

0

0

9

9-29

663-886

8

6

Tbilisi

9

0

9

0

0

0

0

0

9

0-27

348-675

0

0