[b]“Bunu şərh etmək istəmirəm” – Elbrus Məmmədov[/b]
06.02.2016 - 20:57
[b]“Bunu şərh etmək istəmirəm” – Elbrus Məmmədov[/b]

Topaz Premyer Liqasında XX turun qarşılaşmaları davam edir. Apasport.az saytının məlumatına görə, "Qarabağ" doğma meydanda "Xəzər Lənkəran"nı 3:0 hesabı ilə məğlub edib.


Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:


- İlk olaraq "Qarabağ"ı qələbə münasibətiylə təbrik edirəm. Öz oyunumuza gəldikdə isə, o qədər də razı qalmadım. Futbolçular hələ yenidi, vaxt keçdikcə uyğunlaşacaqlar.


- Bu oyunda Elnurla Kamranın yeri görünürdü. Əsasən də, hücuma çıxanda...
- Əlbəttə, yeri görünürdü. Onlar mənim yetirmələrimdi. İllərdi komandada oynayırdılar. Bu gün meydana çıxanlar yenidilər. Vaxt keçdikcə onlar da düzələcək.


- Bəhman Həsənov açıqlamasında demişdi ki, ümid edirəm, "Xəzər Lənkəran"ın da hesabından 6 xal çıxılsın...
- Bunu şərh etmək istəmirəm.


- Komandadan göndərilən oyunçuların bağışlanması mümkündü?
- Mən istəyərdim ki, bağışlansınlar.


- Hazırda qarşınızda duran əsas vəzifə nədi?
- Əzmkar, döyüşkən komanda qurmaq.


- Bəs Premyer Liqada qalmaq?
- Əlbəttə, əzmkar komanda qurmaqla yanaşı, yüksək liqada qalmaq.

 

(futbolinfo.az)

0