[b]“Bu həsrəti hər gün yaşayırdım” – Fariz Məmmədov[/b]
07.02.2016 - 00:01
[b]“Bu həsrəti hər gün yaşayırdım” – Fariz Məmmədov[/b]

“15 ildir dünya çempionu olmaq arzusundaydım. Buna nail oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov deyib.

 

Bu gün Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşdə Uqanda təmsilçisi Badru Lusambiaya qalib gələn Məmmədov dünya çempionu olub.

 

İdmançımız qalib gəldiyi matçdan sonra fikirlərini klub saytı ilə bölüşüb: “Qazandığım uğurda çox insanın zəhməti var. 6 aydır birlikdə çalışdığım məşqçi heyətinə, Ukraynadan, Rusiyadan mənə dəstək olmağa gələnlərə, bütün komandamıza, sizlərə təşəkkür edirəm. Bu, 15 illik dünya çempionluğu həsrətini hər gün yaşayırdım. Bu arzuma çatmağımda “Qəbələ” İdman Klubunun rolu oldu. Klubuma təşəkkür edirəm. Söz verirəm ki, “Qəbələ” klubuna olan sevgimi bütün varlığımla qoruyacağam”.

0