[b]“Bunu meydanda da sübut edəcəyik” - Aneta Havlikova[/b]
08.02.2016 - 14:41
[b]“Bunu meydanda da sübut edəcəyik” - Aneta Havlikova[/b]

“Şübhəsiz ki, “Volero” Çempionlar Liqasının cari mövsümünün ən güclü klublarından biridi. Biz çox çətin oyun olacağını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Aneta Havlikova deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasının 1/6 final mərhələsinin “Volero” ilə ilk görüşü öncəsi fikirlərini açıqlayıb. Çexiyalı hücumçu bildirib ki, məqsədləri Bakıda inamlı çıxış edib, səfərə rahat yollanmaqdı: “Belə çətin rəqibə qarşı yaxşı oyun göstərmək gücündə olduğumuzu göstərməyə çalışacağıq. Bilirik ki, buna yetən oyun keyfiyyətlərimiz var. Bunu çərşənbə günü meydanda da sübut edəcəyik”.

 

Qeyd edək ki, “Lokomotiv” – “Volero” oyunu fevralın 10-da “Azərreyl” İdman Bazasında keçiriləcək.

 

0