[b]Messi bu gün əməliyyat olunacaq[/b]
09.02.2016 - 11:00
[b]Messi bu gün əməliyyat olunacaq[/b]

“Barselona”nın hücumçusu Lionel Messi əməliyyat olacaq. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu yenidən böyrəyində ağrılar hiss edir.

 

Dekabr ayında böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında “Quanqjou Everqrand”la görüşü buraxan 29 yaşlı oyunçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak etməyib. Ulduz futbolçu bu gün əməliyyat olunacaq. Sabah evə buraxılacaq Leo fevralın 11-dən məşqlərə başlaya biləcək.

 

Bu isə o deməkdi ki, Messi İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə cavab görüşünü buraxmalı olacaq. Onun La Liqanın növbəti turunda fevralın 14-də “Selta” ilə matçda iştirakı isə sual altındadı.

 

Qeyd edək ki, 2016-cı ildə 10 oyun keçirən Messi 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

0