[b]“Domjale”: Samir Məsimov əsl bizim axtardığımız futbolçudu[/b]
09.02.2016 - 15:03
[b]“Domjale”: Samir Məsimov əsl bizim axtardığımız futbolçudu[/b]

“Neftçi”nin sabiq futbolçusu Samir Məsimov Sloveniyanın “Domjale” klubu ilə 3 il müddətinə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin yeni komandası açıqlayıb.

 

Yığmamızın futbolçusunun keçidi barədə ətraflı tanıtma verən klubun rəsmi saytı “Domjale”nin idman direktoru Metyu Orazemin fikirlərini də zəruri hesab edib: “Samir Azərbaycanın ən yaxşı gənc futbolçularından biridi. O, yığmanın baş məşqçisi Robert Prosineçkinin də diqqət mərkəzindədi. Biz Məsimovla müqavilə imzalamazdan öncə də xorvatiyalı ilə məsləhətləşmişdik. O, Azərbaycan futbolunda çətin sınaqlardan keçib. Əminik ki, Samir öz zəngin futbol bacarığını klubumuzda da nümayiş etdirəcək. O, əsl bizim axtardığımız futbolçudu və meydanda səviyyə fərqini göstərə bilər. Samir texnikalı, yüksək sürətə malik oyunçudu. Artıq ilk məşqdə özünü yaxşı tərəfdən göstərən yarımmüdafiəçi həvəsli olması ilə diqqət çəkib. O, komandamız üçün nə qədər vacib ola biləcəyini də yaxşı dərk edir”.

 

Qeyd edək ki, Məsimov hazırda Antalyada təlim-məşq toplanışında olan yeni komandasında artıq bu gün debüt edə bilər. Onun Bolqarıstan “Levski”si ilə yoxlama matçında iştirakı gözlənilir.

 

 

0