[b]Samir Məsimov “Domjale”də seçimini etdi[/b]
09.02.2016 - 17:00
[b]Samir Məsimov “Domjale”də seçimini etdi[/b]

Karyerasını Sloveniyanın “Domjale” klubunda davam etdirəcək Samir Məsimovun yeni komandasında neçə nömrəli forma geyinəcəyi bəlli olub. Apasport.az saytının məlumatına görə, “Neftçi”də 21 nömrəli formanı geyinmiş gənc yarımmüdafiəçi bu dəfə fərqli seçim edib.

 

Belə ki, “Domjale”də “21” Ernest Qrvalaya məxsus olduğundan, Məsimov “19”a üstünlük verib. O, Antalya toplanışı çərçivəsində bu gün “Levski” ilə keçiriləcək yoxlama matçına məhz bu forma ilə çıxacaq.

 

Qeyd edək ki, “Domjale” və “Levski” arasında keçiriləcək matçın start heyətləri artıq açıqlanıb. Həmyerlimiz meydana ilk “11-lik”də çıxacaq.

 

 

0