[b]Ən yaxşı “dəmiryolçular” müəyyənləşdi[/b]
11.02.2016 - 10:01
[b]Ən yaxşı “dəmiryolçular” müəyyənləşdi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 3:2 (25:21, 22:25, 25:23, 20:25, 16:14) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçuları da “dəmiryolçular” olub.

 

Aleksandra Çrnçeviç komandasının qələbəsinə 23 xalla töhfə verib. Təkcə hücumda 19 xal qazanan Aneta Havliçkova isə 20 dəfə azarkeşlərini sevindirib. Məhsuldarlığı ilə seçilən Sonya Nyukombunn hesabında isə 17 xal car.

 

Digər voleybolçularımızdan Yaroslava Pencova 12, Berit Kauffeldt 4, Ana Çutura 2 xal qazanıb. Yana Əzimova ilə Özge Kirdar Çemberci hərəyə 1 dəqiqə zərbə vurub.

 

İsveçrə təmsilçisinin heyətində isə Olesya Rıxlyuk 19 xal qazanmaqla fərqlənib. Azərbaycan millisinin sabiq kapitanı Natalya Məmmədova isə İsveçrə təmsilçisinə 17 xal qazandıraraq, komandasının 2-ci, oyunun 4-cü bombardiri olub.

 

0