“Arsenal” MLS yığması ilə qarşılaşacaq
12.02.2016 - 00:46
“Arsenal” MLS yığması ilə qarşılaşacaq

“Arsenal” yayda Şimali Amerika turnesinə çıxacaq. Apasport.az-ın londonluların rəsmi saytına istinadən məlumatına görə, “topçular” turne çərçivəsində bir neçə hazırlıq matçı keçirəcək.

 

Bunların arasında ən maraqlısı isə Arsen Vengerin yetirmələri ilə MLS-də çıxış edən bütün ulduzların yığması arasında keçiriləcək şou matçı olacaq.

 

Qarşılaşma iyulun 28-də San-Xosedə baş tutacaq.

 

“Arsenal” bundan əlavə Los-Ancelesdə “Qvadalxara” ilə də qarşılaşacaq.

0