[b]Bakı klubunda yeni bombardir - Anna Stepanyuk[/b]
12.02.2016 - 09:10
[b]Bakı klubunda yeni bombardir - Anna Stepanyuk[/b]

Qadın voleybolçular CEV kubokunun “Çelenc raund” mərhələsi çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Anna Stepanyuk olub.

 

Cəmi 24 yaşı olan hücumçu rəqibi nə az, nə çox – 20 dəfə məyus edib. Ziya Rəcəbovun digər yetirmələrindən Yekaterina Jidkova 18, Malika Kanzonq 16, Edina Dobi 11, Yelena Parxomenko 7 və Marin Apitz 3 dəqiq zərbəyə sevinib.

 

“Novara”nın heyətində Martina Quiqqi və Samanta Fabris fərqlənib. Hər 2 voleybolçunun 12 zərbəsi komandasına xal gətirib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də səfərdə olacaq.

0