[b] DÇ-2016: Millimizin bəxtinə Hollandiya çıxdı - YENİLƏNİB[/b]
12.02.2016 - 15:13
[b] DÇ-2016: Millimizin bəxtinə Hollandiya çıxdı - YENİLƏNİB[/b]

Futzal üzrə DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Kolumbiyada keçiriləcək final mərhələsində “Köhnə qitə”ni təmsil etmək iddiasında olan 14 komanda 7 cütlük təşkil edib.

 

Serbiyanın paytaxtı Belqradda təşkil olunan tədbirdə seçmə mərhələni qrup qalibi kimi başa vuran Azərbaycan yığmasının da mundial yolundakı son rəqibi müəyyənləşib. I səbətdə yer alan yığmamızın bəxtinə qrup ikincilərinin təşkil etdiyi digər səbətdən Hollandiya çıxıb.

 

Pley-offun ilk matçını səfərdə keçirəcək komandamız martın 22-də ilk sınağına çıxacaq. Aprelin 12-də Bakıda baş tutacaq cavab oyununda isə Kolumbiyaya vəsiqənin sahibi bilinəcək. İndiyədək dünya çempionatının həlledici mərhələsinə yüksəlməyən yığmamız bu səddi adlasa, ilkə imza atacaq.

 

Pley-off mərhələsinin cütləri

Sloveniya – İspaniya

Slovakiya – Ukrayna

Polşa – Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus – Rusiya

Hollandiya – Azərbaycan

Macarıstan – İtaliya

 

Qeyd edək ki, Kolumbiyadakı dünya çempionatı sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.

 

0