“Mən özüm onun üçün bilet alıb, MLS-ə gətirərəm” – Lempard Terri haqqında
12.02.2016 - 20:30
“Mən özüm onun üçün bilet alıb, MLS-ə gətirərəm” – Lempard Terri haqqında

Frenk Lempard keçmiş komanda yoldaşı Con Terri haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, “goal.com” saytına danışan yarımmüdafiəçi onu bu zamana qədər birlikdə oynadığı ən yaxşı müdafiəçi adlandırıb.

 

“Terri bu vaxta qədər birlikdə çıxış etdiyim ən yaxşı müdafiəçidi. Buna görə də, əgər bir gün “Çelsi” onu buraxsa, mən özüm onun üçün bilet alıb, MLS-ə gətirərəm. Ancaq düzünü deyim ki, onun Londonda qalmasının tərəfdarıyam. Con da bunu çox istəyir və düşünürəm ki, hələ də yüksək səviyyədə çıxış etməyə qadirdi” – deyə İngiltərə millisinin keçmiş futbolçusu bildirib.

0