“Məni hər yerdə terrorist kimi təqdim edirlər” – Kərim Benzema
12.02.2016 - 22:59
“Məni hər yerdə terrorist kimi təqdim edirlər” – Kərim Benzema

“Real”ın hücumçusu Kərim Benzema Fransa millisində komanda yoldaşı Metyu Valbuenanın şantaj olunması işi ilə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, “Marka”ya danışan hücumçu ümumiyyətlə, Valbuenanın belə bir videosunun olduğunu bilmədiyini deyib.

 

“O videonu heç vaxt görmədiyimi Valbuenaya deməliydim. Ağıllı olmağa çalışdım. Ancaq həqiqətən də elə bir videonu görməmişdim. Mətbuat isə məni çox əsəbləşdirdi. Xəbərim olmayan bir işə görə məni terrorist kimi təqdim edirlər. “Valbuena skandalı” artıq “Benzema skandalı”na çevrilib” – deyə fransız forvard fikirlərini bildirib.

 

Qeyd edək ki, Benzema haqqında 5 il həbs iddiası ilə məhkəmə açılıb. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre isə tam qərar verilənən kimi hücumçunun milli komandaya çağrılmamasını qərara alıb.

0