[b]“Qəbələ” idmançıları 5 medal qazandı[/b]
13.02.2016 - 00:39
[b]“Qəbələ” idmançıları 5 medal qazandı[/b]

Bakıda yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, 2002-2004-cü il təvəllüdlü cüdoçuların yarışı Bakı İdman Sarayında baş tutub.

 

Birincilikdə “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Qəbələli idmançılar yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıb.

 

48 kq çəki dərəcəsində çıxış edən Zeynəb Məmmədova bütün rəqibıərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qəbələ rayon bölməsini təmsil edən Gülşən Bəşirova (36 kq) yalnız finalda məğlub olub. O, yarışı 2-ci pillədə başa vurub.

 

Onunla eyni bölməni təmsil edən Bəndalı Bəndalıyev (38 kq), həmçinin Natavan Əhmədli (32 kq) və Arif İsmayılov (60 kq) 3-cü yeri tutublar.

 

(klub saytı)

0