Lider büdrədi, mərkəzi oyun təxirə salındı - YENİLƏNİB
13.02.2016 - 16:20
Lider büdrədi, mərkəzi oyun təxirə salındı - YENİLƏNİB

Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, birincilikdə 3 qarşılaşma baş tutub.

 

Lider NTD BK turnir cədvəlinin son pillələrində qərarlaşan “Araz”la üz-üzə gəlib. Qarşılaşma gözlənilmədən "Araz"ın qələbəsi ilə yekunlaşıb. Bu, NTD-nin cari mövsümdə ikinci məğlubiyyəti olub.

 

Çempionatın sonuncusu olan BDU ardıcıl 11-ci dəfə meydanı başıaşağı tərk edib.

 

Turun mərkəzi matçı isə “Bakı” ilə “Sıçrayış” BK arasında oynanılmalı idi. Lakin hər iki komandanın razılığı ilə oyun həftəiçinə keçirilib.

 

XI tur 

"Araz" – NTD BK - 81:73

AZTOP - "Dərviş" - 61:77

"Baku Oilers" – BDU - 94:34

"Bakı" – "Sıçrayış" BK oyunu təxirə salınıb.

 

yer

komanda

O

Q

M

T/F

X

1

NTD

11

9

2

886-616

20

2

Bakı

10

8

2

830-737

18

3

AzTOP

11

7

4

837-667

18

4

Baku Oilers

11

6

5

784-742

17

5

Sıçrayış

10

6

4

751-671

16

6

Dərviş

11

5

6

702-697

16

7

Araz

11

2

9

663-791

13

8

BDU

11

0

11

479-1020

11

 

0