[b]Eddi ikinci oyununda da “fərqləndi”, komandası məğlub oldu[/b]
14.02.2016 - 23:05
[b]Eddi ikinci oyununda da “fərqləndi”, komandası məğlub oldu[/b]

İspaniya Sequndasında 25-ci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" bu turda evdə "Saraqosa"yla qarşılaşıb.

 

Eddi meydana qonaqlar hesabda 2:0 öndə olarkən, oyunun 55-ci dəqiqəsində çıxıb. Ancaq millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilməyib. Qarşılaşma 2:0 hesabıyla "Saraqosa"nın qələbəsiylə yekunlaşıb.

 

İsrafilov oyunun 60-cı dəqiqəsində sarı vərəqə alıb.

 

Qeyd edək ki, millimizin üzvü ötən oyunda da sarı vərəqə ilə cəzalandırılmışdı.

 

Hazırda hesabında 40 xal olan "Kordoba" 4-cü pillədə qərarlaşıb.

 

İspaniya Sequndası

XXV tur

 

14 fevral

“Kordoba” – “Saraqosa” - 0:2
Qollar: Razak, 5 (öz qapısına), Hinestroza, 48

0