[b]"Zirə" qalib gəldi - YENİLƏNİB[/b]
15.02.2016 - 20:25
[b]"Zirə" qalib gəldi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyununda Premyer Liqaya ötən yay yüksələn “Zirə” və “Rəvan” qarşılaşıb.

 

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış debütantın autsayderi məğlub edəcəyi proqnozlaşırılırdı. Ancaq bu, o qədər də asan olmayıb.

 

Adil Şükürovun yetirmələri 22-ci dəqiqədə hesabı açıblar. Nelson Bonilla fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci hissəyə də aktiv başlayan ev sahibləri bir neçə epizodda fərqi artırmağa yaxın olsalar da, bu və ya digər səbəblərdən hədəflərinə çata bilməyiblər.

 

Əvəzində isə "Rəvan" hesabı bərabərləşdirib. Matçın sonuna 7 dəqiqə qalmış Yamin Ağakərimzadənin gözlənilməz zərbəsi Çimenzi Embahın əlinə dəyərək istiqamətini dəyişib və "Zirə"nin qapıçısı Anar Nəzirovla əks tərəfə istiqamətlənib.

 

Ancaq "sarı-qırmızılar"ın qol sevinci cəmi 3 dəqiqə çəkib. Sürətlə hücuma atılan "qəsəbəlilər" qonaq müdafiəçinin əllə oynamasından sonra təyin olunan penaltini boşa verməyib. Bonilla dublunu rəsmiləşdirib.

 

Oyunda başqa qololmayıb və matç 2:1 hesabı ilə "Zirə"nin xeyrinə başa çatıb. Bu qələbə ilə xalını 38-ə yüksəldən debütant ikinci pillədəki yerini möhkəmlədib.

 

Topaz Premyer Liqası

XXI tur

15 fevral (bazar ertəsi)

 

“Zirə” – “Rəvan” - 2:1

Qol: Nelson Bonilla, 23, 86 (pen.) - Yamin Ağakərimzadə, 83

Qırmızı vərəqə: Kənan Müslümov, 85 ("Rəvan")

 

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev 
Mövsümün ilk yarısındakı oyunlar: 2:1, 0:1

Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov, 2. Çimezi Embah, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 6.Vüqar Mustafayev, 32. Luiz Alberto Diez, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 27. Rəşad Abdullayev, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 8. Tərzin Cahangirov, 5. Adil Nağıyev, 90. Vüsal İsgəndərli

Baş məşqçi: Adil Şükürov

 

“Rəvan”: 1. Rəşad Əzizli, 21. Novruz Məmmədov (k), 14. Elvin Əliyev, 8. Məmməd Quliyev, 4. Kənan Müslümov, 92. Yamin Ağakərimzadə, 7. Elvin Həsənəliyev, 99. Əziz Hüseynov, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 15. Ceyhun Abdullayev

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 39. Əlibəy  Məmmədli, 98. Ülvi Kələşov, 38. Zeki Sinan Akkoyun, 9. Nuran Qurbanov, 11. Elnur Abdulov, 5. Mirkamil Haşımlı

Baş məşqçi: Bəhmən Həsənov

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

21

13

5

3

33-14

44

2

Zirə   

21

10

8

3

22-15

38

3

Qəbələ     

21

9

7

5

26-16 

33

4

Kəpəz     

21

8

 8

5

25-19

32

5

İnter   

21

8

7

6

19-15 

31

6

Neftçi  

21

8

7

6

22-19

31

7

AZAL   

21

7

5

9

12-19

26

8

Sumqayıt   

21

3

9

9

23-32

18

9

Xəzər L  

21

3

4

14

10-28

13

10

Rəvan 

21

2

8

11

14-29

8

 

* "Rəvan"ın hesabından 6 xal silinib


Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 8.

0