[b]Şəhriyar Məmmədyarov mövqeyini qorudu, digərləri gerilədi[/b]
01.04.2016 - 09:30
[b]Şəhriyar Məmmədyarov mövqeyini qorudu, digərləri gerilədi[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel ayı üçün müəyyənləşən 100 ən yaxşı arasında yenə 4 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə bu dəfə də Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, aktivinə 3 reytinq xalı da əlavə edib – 2750.

 

Məmmədyarovdan fərqli, yarışlara mütəmadi qatılmayan Teymur Rəcəbov (2726) bir pillə də aşağı düşüb. O, hazırda 27-cidi. Yığmamızın digər üzvləri - Arkadi Naydiçlə (2660) Eltac Səfərli (2656) də geriləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 88-ci (-20) və 96-cı (-11) yerə eniblər.

 

Reytinq siyahısının ilk “üçlüy”ündə isə dəyişiklik olmayıb. Siyahıda yenə Maqnus Karlsen (Norveç, 2851) birinci, Vladimir Kramnik (Rusiya, 2801) ikinci və Fabiano Karuana (ABŞ, 2795) üçüncüdü.

 

Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

0