[b]"Qarabağ" finalda, "Neftçi" məğlubiyyətdən qaçdı - YENİLƏNİB[/b]
27.04.2016 - 20:42
[b]"Qarabağ" finalda, "Neftçi" məğlubiyyətdən qaçdı - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutub.

 

Günün ilk oyununda “İnter”lə “Qarabağ” meydana çıxıb. Premyer Liqanın lideri ilə üçüncüsü arasındakı oyun “İnter Arena”da keçirilib.

 

Görüş ağdamlıların darmadağını ilə yekunlaşıb. Rəqib meydanında 4:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri cavab matçını formallığa çevirərək finalın qapısını aralayıblar. Dani Kintana və Reynaldonun hərəyə bir qol vurduğu matçda ispaniyalı yarımmüdafiəçi Migel Madera dublla yadda qalıb.

 

Günün ikinci oyunu isə 8-ci km qəsəbə stadionunda keçirilib. İki il əvvəl finalda üz-üzə gələn “Neftçi” ilə “Qəbələ” bu dəfə bir öncəki mərhələdə qarşılaşıblar. Erkən qolla hesabı açan qonaqlar ilk yarını öndə bitiriblər. Oyunun sonuna 20 dəqiqə almış Rəhman Hacıyev fərqlənərək status-kvonu bərpa etdi. Bu, oyunda vurulan son qol oldu.

 

Cütün taleyi isə Qəbələdəki matçda həll olunacaq.

 

Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.

 


Azərbaycan kuboku

1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)

“Neftçi” – “Qəbələ” - 1:1

Qollar: Rəhman Hacıyev, 71 - Aleksey Qay, 5

Qırmızı vərəqə: Rəşad Sadiqov, 83 (ikinci sarı)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov
8-ci km qəsəbə stadionu

 

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jairo Filyo Rodriges, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 20. Salas Quinta Antonio, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 14. Məhəmməd Qurbanov, 6. Aylton Silva, 61. Təyyar Məmmədov

Baş məşqçi: Vəli Qasımov


“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Urfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 77. Ehtiram Şahverdiyev

Baş məşqçi: Roman Qriqorçuk

 

 

“İnter” – “Qarabağ” - 0:4

Qollar: Migel Madera, 19, 60, Kintana, 67; Reynaldo, 84

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev
“İnter Arena”

“İnter”: 79. Giorgi Lomaya (k), 3. Denis Silva, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sertan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Migel Madera, 18. İlqar Qurbanov, 10. Dani, 25. Ansi Aqolli, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov, 99. Muarem Muarem
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

 
0