[b]“Qarabağ” Avrokuboklar üçün Olimpiya stadionunu seçdi[/b]
27.04.2016 - 19:52
[b]“Qarabağ” Avrokuboklar üçün Olimpiya stadionunu seçdi[/b]

“Qarabağ” Avrokubok oyunlarını Bakı Olimpiya stadionunda keçirə bilər. Apasport.az saytına bu barədə Ağdam klubunun meneceri Asif Əsgərov məlumat verib.

 

Klub rəsmisi bildirib ki, UEFA-ya göndərəcəkləri məktubda ölkənin ən böyük arenasının adını da qeyd edəcəklər: “İyunun əvvəlində UEFA bizə məktub göndərəcək ki, hansı stadionlarda oynayacaqsınız? Əsas arenamız yenə Tofiq Bəhramov adına Respublika stadionu olacaq. Ehtiyat meydan kimi isə Olimpiya stadionunun adını verəcəyik”.

 

Əsgərov əməkdaşımızla söhbətində mərkəzi arenada təmir işlərinin davam etdiyni də qeyd edib.

0