[b]Əliyar Ağayev penaltini görməməzliyə vurdu - VİDEO[/b]
28.04.2016 - 00:08
[b]Əliyar Ağayev penaltini görməməzliyə vurdu - VİDEO[/b]

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında "Neftçi" - "Qəbələ" matçında (1:1) qarşılaşmanın hakimi Əliyar Ağayev kobud səhvə yol verib. Apasport.az saytının məlumatına görə, oyunun 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qay qapıçı ilə qarşı-qarşıya qaldığı epizodda "Neftçi"nin “çərçivə qoruyucusu” Aqil Məmmədov ona qarşı kobudluq edib.

 

Epizodun videotəkrarına baxarkən, həmin epizodun qayda pozuntusu və penalti olduğu aydın görünür. FİFA dərəcəli hakim Əliyar Ağayev isə “simuliyasiya etdiyinə görə” zərərçəkmiş Aleksey Qayı sarı vərəqə ilə cəzalandırıb.

 

Epizodu təqdim edirik.

0