“Milan” gələn həftə satılacaq
28.04.2016 - 21:05
“Milan” gələn həftə satılacaq

“Milan” və Çin şirkəti arasındakı satışla bağlı danışıqların detalları məlum olub. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, tərəflər gələn həftənin bazar ertəsi günü münasibətləri rəsmiləşdirəcəklər.

 

“Evergrande Real Estate Group” şirkəti satış üçün 700-720 milyon avro ödəyəcək. Tərəflər arasında tamhüquqlu müqavilə bu ilin iyun ayında imzalanacaq. Hələlik isə çinlilər “Milan”ın 70%-nə sahib olacaqlar. Qalan 30% hissə isə Silvio Berluskoninin sahibi olduğu “Fininvest” şirkətində qalacaq.

 

Qeyd edək ki, “Evergrande Real Estate Group” şirkəti məşhur “Alibaba” al-ver saytının sahibidir. Bu şirkətlərə isə Asiyanın ən varlı şəxsi Cek Ma rəhbərlik edir.

0