AFFA baş məşqçini mundiala dəvət etdi
29.04.2016 - 15:41
AFFA baş məşqçini  mundiala dəvət etdi

Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Tino Pereslə görüş keçirilib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, görüşdə baş katib Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da iştirak edib.

 

Görüşdə yığmamızın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb. Elxan Məmmədov AFFA rəhbərliyi adından Tino Peresə gördüyü işlərə və milli komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

Baş katib ispaniyalı mütəxəssisi bu il sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə qonaq qismində dəvət edib.

0