[b]Prezident təsdiqlədi: Ağabala Ramazanov “İnter”ə keçir[/b]
02.05.2016 - 10:39
[b]Prezident təsdiqlədi: Ağabala Ramazanov “İnter”ə keçir[/b]

“Sumqayıt”ın hücumçusu Ağabala Ramazanov komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, millimizin üzvü “İnter”ə keçmək üzrədi.

 

“Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədər olan 23 yaşlı oyunçu artıq “bankirlər”lə danışıqlara start verib. Məlumatı əməkdaşımızla söhbətində “Sumqayıt”ın prezidenti Kamran Quliyev də təsdiqləyib.

 

O bildirib ki, Ağabalanın paytaxta köçmək şansı realdı: “İnter”in yeni rəhbəri ilə çox yaxşı münasibətim var. Uzun illər onunla Beynəlxalq Bankda bir yerdə çalışmışıq. Bəli, Ağabala Ramazanovla “İnter” arasında danışıq olub. Buna haqları da var. Çünki istənilən futbolçu müqavilə müddətinin sonuna 6 ay qalmışdan öz klubuna xəbər vermədən başqa komanda ilə danışıq apara bilər. Amma Ağabala ilə maraqlanan başqa komandalar da var. Məşqçi korpusumuz onu gələcəkdə komandada görmək istəsə, biz də yeni müqavilə təklif edəcəyik”.

 

Kamran Quliyev əsas qapıçıları Səlahət Ağayev və hücumçuları Vaqif Cavadovu isə komandada saxlamaq niyyətində olduqlarını söyləyib: “İmkan olsa, mütləq Səlahət Ağayevi saxlayacağıq. O, ölkənin ən güclü iki qapıçısından biridi. Amma ola bilsin ki, maliyyə məsələsində digər klublarla rəqabət apara bilmədik. Çünki bu baxımdan bizdə limit var. Həmçinin, Vaqif Cavadovla da danışıqlar aparırıq. Onu da komandada saxlamaq istəyirik”.

 

Qeyd edək ki, Ağabala Ramazanov mövsümün əvvəlində, Vaqif Cavadovla Səlahət Ağayev isə qış fasiləsində “Sumqayıt”a keçib.

0