[b]“Qarabağ” Masazıra köçdü[/b]
02.05.2016 - 11:19
[b]“Qarabağ” Masazıra köçdü[/b]

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk finalçı Qəbələdə bəlli olacaq.

 

Belə ki, mayın 4-də əvvəl meydana “Qəbələ” ilə “Neftçi” çıxacaq. Bu matç saat 16:00-da başlayacaq.

 

İkinci finalçı isə Msazırda müəyyənləşəcək. Bu arenada ilk matçına çıxacaq “Qarabağ” saat 19:00-da “İnter”i qəbul edəcək.

 

“Qarabağ”ın “Əlincə” klubuna məxsus stadionda oynamasına səbəb ağdamlıların öz arenasında 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin keçirilməsidi.

 

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

 

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “İnter”
Masazır qəsəbə stadionu

 

0