[b]Azərbaycan çempionundan ayrılan ilk oyunçu bilindi [/b]
02.05.2016 - 11:23
[b]Azərbaycan çempionundan ayrılan ilk oyunçu bilindi [/b]

“Azərreyl”dən ayrılacaq daha bir voleybolçunun adına bəllidi. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun amerikalı hücumçu Madison Kinqdon yeni mövsümdən “dəmiryolçular”ın heyətində olmayacaq.

 

O, mövsüm bitəndən sonra ilə müqaviləni uzadılmayan ilk oyunçu olub. Kinqdonun yeni ildə Cənubi Koreyada oynayacağı da dəqiqləşib. 2016/2017 mövsümündə Super Liqanın ən dəyərli voleybolçusu “Altos”la 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, pley-offların gedişində Natalia Valentinin də “Azərreyl”dən gedişi dəqiqləşmişdi. O, vətəni Puerto-Rikada “Ponse” ilə razılıq əldə etmişdi. 

0