Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı - FOTO
02.05.2016 - 14:18
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı - FOTO

İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün ən yaxşı futbolçusu məlum olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə görə, “Lester”in hücumçusu Ceymi Vardi mövsümün oyunçusu seçilib.

 

Bununla bağlı fikirlərini bildirən İngiltərə millisinin forvardı uğurda komanda yoldaşlarının böyük pay sahibi olduqlarını deyib: “Adımın böyük futbolçularla bir siyahıda yer alması məni çox sevindirir. Mənə səs verən hər kəsə, eləcə də federasiyaya minnətdarlığımı bildirirəm. Bu titula layiq görüldüyüm üçün komanda yoldaşlarıma təşəkkür edirəm. Bu, “Lester” üçün möhtəşəm mövsümdü. Biz əsl komanda ruhunu ortaya qoyduq, heç kim digərindən fərqlənmədi. Ümid edirəm ki, mövsümü ilk pillədə bitərərik və Avropa çempionatında da yığmanın forması altında qollarıma davam edərəm”.

 

Qeyd edək ki, Ceymi Vardi bu mövsüm Premyer Liqada keçirdiyi 36 oyunda 22 qola imza atıb. 

0