[b]“Kəpəz”lə oyunöncəsi “Xəzər Lənkəran”da müəmma[/b]
03.05.2016 - 11:29
[b]“Kəpəz”lə oyunöncəsi “Xəzər Lənkəran”da müəmma[/b]

Topaz Premyer Liqasının XXXIII turunda “Kəpəz”i qəbul edəcək “Xəzər Lənkəran” matçın hazırlığına bu gün start verəcək. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ı Gəncə təmsilçisi ilə oyunöncəsi bir məqam narahat edir.

 

Söhbət komandanın müdafiəçisi İlyas Səfərzadənin durumundan gedir. Gənc futbolçu yüksək hərarəti olduğu üçün ötən tur AZAL-a qarşı oyunu buraxmışdı. Səfərzadənin adı “18-liy”ə də daxil edilməmişdi.

 

Buna baxmayaraq, İlyasın “Kəpəz”lə matça kimi sıraya dönəcəyi gözlənilir. Bunu əməkdaşımızla söhbətində “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib.

 

Qeyd edək ki, 32 turdan sonra aktivində 14 xal olan Lənkəran təmsilçisi turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 

0