[b]Kubokun finalında Azərbaycan derbisi![/b]
04.05.2016 - 20:54
[b]Kubokun finalında Azərbaycan derbisi![/b]

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutub.

 

Günün ilk matçı Qəbələdə oynanılıb. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alındığından cavab oyunun gərgin keçəcəyi gözlənilən idi. İlk hissə bərabərliklə başa çatıb. İkinci hissədə isə ilk olaraq Ruslan Qurbanov fərqlənərək qonaqları hesabda irəli çıxarıb. Çox keçmədən Zets status-kvonu bərpa edib. Əsas vaxtda başqa qol olmayıb və əlavə yarım saat oynanılıb. Bu müddətdə də qol vurulmayınca qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac yaranıb. "Lotoreya"da isə "Neftçi"nin bəxti gətirib və paytaxt klubu ilk finalçı olub.

 

Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən “Qarabağ” “İnter”i sınağa çəkib. Gözlənildiyi kimi bu oyunda möcüzə qeydə alınmayıb. Hadisələri qabaqlayaraq qeyd edək ki, sadəcə olaraq ağdamlılar ötən dəfədən fərqli olaraq bu oyunu minimalhesablı qələbə ilə başa vurub.

 

“Qarabağ”ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Masazırda keçirilən oyunda hesabı Migel Madera açıb. İkinci hissədə isə "İnter" penalti şansından yararlana bilməyib. Vüqar Nadirovun zərbəsini keçmiş komanda yoldaşı Fərhad Vəliyev qaytarıb.

 

Beləliklə ölkə kubokunun finalında Azərbaycanın iki ən köklü klubu - "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Hər iki komanda ölkə çempionatlarının bütün mövsümlərinin iştirakçıları olduqları üçün bu iki rəqib arasındakı matçlar futbol ictimaiyyəti tərəfindən Azərbaycan derbisi kimi tanınır.

 

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

 

“Qarabağ” – “İnter” - 1:0

Qol: Migel Madera, 24

İstifadə edilməyən penalti: Vüqar Nadirov, 66 (qapıçı)

 

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
Masazır qəsəbə stadionu

İlk oyun – 4:0

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Eltun Yaqublu, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

 

“İnter”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Denis Silva, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov

Baş məşqçi: Zaur Svanadze

 

 

“Qəbələ” – “Neftçi” - 1:1, pen. 3:4

Qollar: Ermin Zets, 76 - Ruslan Qurbanov, 59

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

İlk oyun – 1:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 32. Rəşad Eyyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 8. Məhəmməd Mirzəbəyov, 7. Ermin Zets, 87. Ruslan Abışov, 25. Qismət Alıyev

Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə

Baş məşqçi: Vəli Qasımov

0