Meza Kolli: "Mən özümü Azərbaycanda xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ
09.05.2024 - 19:00
Meza Kolli: "Mən özümü Azərbaycanda xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ

“Zirə”nin legioneri Sezar Meza Kolli Apasport.az saytına müsahibə verib.

- “Turan Tovuz”la görüşdə çətin qələbə qazandınız. Matçı sizin üçün necə alındı?

- Çətin matç olacağını yaxşı bilirdik. Qalib gəlmək üçün mümkün qədər çox mübarizə aparmalı olduğumuzu da anlayırdıq. Allaha şükür olsun, qalib gələ bildik və məqsədlərimizə çatmaq üçün mübarizəni davam etdirdik. Bu oyunda komandaya qələbə gətirən qolu sən vurdun, özü də baxımlı qolla... Təşəkkür edirəm. Mən komandam üçün mübarizə aparıram. Əlimdən gələni də göstərməyə hazıram ki, “Zirə” qalib gəlsin. Biz bütün komanda şəklində yaxşı mübarizə apardıq.

- Növbəti turda rəqibiniz “Qarabağ” olacaq. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə görürsən?

- Futbolda hər şey mümkündür. Biz qalib gəlmək üçün hər gün işləyirik. Növbəti oyunda da qələbə üçün işləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq.

- Avrokuboklar uğrunda mübarizə gedir və sona üç tur qalıb. İnanırsan ki, bu çətin rəqabətdə avrokuboklara yollanacaqsız?

Biz də bunun üçün işləyirik. Təbii, inanıram ki, istədiyimiz nəticəyə çatacağıq. Bunun üçün sona qədər mübarizə aparacağıq.

- Maraqlıdır ki, növbəti turdakı rəqibiniz olan “Qarabağ”la finalda da oynayacaqsız. Finalda necə, istədiyiniz nəticəyə çatmağınız realdır?

Bizi indi qarşıda üç vacib oyun gözləyir. İndi bütün fikrimizi Premyer Liqa oyununa yönəltmişik və yalnız həmin oyun haqda fikirləşəcəyik. O oyunlar bitdikdən sonra isə kubok oyununa fokuslanacağıq.

- Qardaşın David də Azərbaycanda “İnter”(“Şamaxı”), “Qəbələ”, “Neftçi” klublarında oynayıb. Maraqlıdır, o, Azərbaycana geri qayıtmaq barədə düşünür?

- Mən özümü Azərbaycanda xoşbəxt hiss edirəm. İnanıram ki, qardaşım David də Azərbaycana geri qayıdacaq. Amma bu, onun verəcəyi qərardır. İndi isə mən ancaq klubdakı uğurlara fikir verirəm. Gələcəkdə nə necə olacaq zaman göstərəcək.

0