Azərbaycan üzgüçüləri - Yeqor Maynitski və Anastasiya Boborıkina Bakıda keçirilən "İpək Yolu" Dünya Kubokunda ölkə rekorduna imza atıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyası açıqlayıb.
Y.Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), A.Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekordu müəyyənləşdiriblər.
50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar.
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib