[b]“Hədəfimiz turnirin qalibi olmaqdı” - Aleksandr Petrakov[/b]
04.05.2016 - 11:37
[b]“Hədəfimiz turnirin qalibi olmaqdı” - Aleksandr Petrakov[/b]

“Azərbaycan barəsində pozitiv fikirdəyəm. Hər şey çox gözəldi”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Ukraynanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aleksandr Petrakova məxsusdu.

 

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatı üçün komandasını ölkəmizə hamıdan erkən gətirən Petrakov bu gün mətbuat konfransında fikirlərini bildirib: “Hər bir baş məşqçi komandasından uğurlu çıxış gözləyər. Bizim də məqsədimiz yaxşı çıxış etmək və uğurlu nəticələr göstərməkdi. Avropanın ən güclü komandaları arasında biz də güclülər arasında yer almaq istəyirik. Hədəfimiz bütün oyunlarda qələbə qazanıb, turnirin qalibi olmaqdı”.

 

Qeyd edək ki, ukraynalılar B qrupunda Almaniya, Avstriya, həmçinin Bosniya və Herseqovina yığması ilə mübarizə aparacaqlar. Petrakov yetirmələrini ilk olaraq sabah Almaniya ilə matçda sınayacaq.

0