[b]“Zirə” – “Qəbələ” matçının vaxtı açıqlandı[/b]
04.05.2016 - 14:11
[b]“Zirə” – “Qəbələ” matçının vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasının XXXIII turunun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 7-də baş tutacaq turun 5 oyunu da eyni gündə keçiriləcək.

 

Tur Zirədə eyniadlı komanda ilə “Qəbələ” arasında qarşılaşma ilə başlayacaq. Həftənin son matçı isə Masazırda baş tutacaq “Neftçi” – AZAL görüşü olacaq.

 

Bu turda “Qarabağ” “İnter Arena”, “Neftçi” isə Masazırdakı “Əlincə Arena”da meydan sahibi kimi oynayacaq.

 

XXIII tur
7 may (şənbə)


15:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Kəpəz”
“Xəzər Lənkəran” mərkəzi stadionu
 

17:00. “Rəvan” – “İnter”
“Bayıl Arena”
 

19:00. “Qarabağ” – “Sumqayıt”
“İnter Arena”

19:05. “Neftçi” – AZAL
“Əlincə Arena”

 



 

0