[b]Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu - YENİLƏNİB[/b]
05.05.2016 - 21:45
[b]Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu - YENİLƏNİB[/b]

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, A və B qrupunun komandaları I turun oyunlarına çıxaıblar.

 

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər. Matç birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanın müqavimətini qıra bilməyib - 2:2.

 

Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olub. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya qarşılaşıblar. Gözlənildiyi kimi qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Günün son qarşılaşması da Bakı Olimpiya Stadionuna təsadüf edib. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxıb. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya qarşısında darmadağına üzülüb - 0:5.

 

U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur

 

 

A qrupu

 

Azərbaycan – Portuqaliya - 0:5

Qollar: Joze Qomes, 4, 16, Elçin Əsədov, 24 (öz qapısına), Migel, 44, Fernandes, 76

Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova), Sergeyus Sliva (Litva)

Bakı Olimpiya Stadionu

 

Azərbaycan: 1. Məmməd Hüseynov, 2. Hüseyn Seyliğli, 3. Riyat Qarayev, 5. Elçin Əsədov (k), 6. İbrahim Qədirzadə, 7. Fərid Nəbiyev, 8. Metin Güler, 9. Doğukan Öksüz, 14. İsmayıl Karakaş, 15. Ceyhun Muxtarlı, 17. Barış Ekincier

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Yusif Həsənov, 10. Pilağa Mehdiyev, 11. Nadir Qasımov, 16. Murad Mahmudov, 18. Süleyman Əhmədov, 19. Ege Atlam

 

Portuqaliya: 1. Dioqo Kosta, 2. Dioqo Dalot, 3. Dioqo Queiros, 5. Ruben Vinaqre, 6. Qedson Fernandes, 7. Joao Filipe, 8. Migel Luis, 9. Joze Qomes, 11. Mesaque Dju, 13. Dioqo Leite, 14. Florentino

Ehtiyat oyunçular: 12. Joao Virginia, 4. Luis Silva, 10. Quina, 15. Terri Korreia, 16. Joao Lameyra, 17. Rafael Leao, 18. Mikel Almeyda

 

Belçika – Şotlandiya - 2:0

Qol: Korrin, 45, Openda, 60

Hakimlər: Peter Kraloviç (Slovakiya), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Orxan Məmmədov (Azərbaycan)

8-ci km qəsəbə stadionu

 

Komanda

O

Q

H

M

T/F

X

Portuqaliya

1

1

0

0

5:0

3

Belçika

1

1

0

0

2:0

3

Şotlandiya

1

0

0

1

0:2

0

Azərbaycan

1

0

0

1

0:5

0

 

 

B qrupu

 

Ukrayna – Almaniya - 2:2

Qollar: Denis Yanakov, 33; Sergey Buletsa, 67 - Yari Otto, 37; Frankis Şirek, 74

Hakimlər: Qunnar Yarl Yonsson (İslandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Əliyar Ağayev (Azərbaycan)

8-ci km qəsəbə stadionu

 

Avstriya – Bosniya və Herseqovina - 2:0

Qollar: Kristof Baumqartner, 18, 36

Hakimlər: Petr Ardeleanu (Çexiya), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Alen Duro (Lüksemburq)

Bakı Olimpiya Stadionu

 

Komanda

O

Q

H

M

T/F

X

Avstriya

1

1

0

0

2:0

3

Almaniya

1

0

1

0

2:2

1

Ukrayna

1

0

1

0

2:2

1

Bosniya və Hersoqovina

1

0

0

1

0:2

0

 

0