“Shamkir Chess 2016”nın açılış mərasiminin vaxtı dəqiqləşdi
17.05.2016 - 15:05
“Shamkir Chess 2016”nın açılış mərasiminin vaxtı dəqiqləşdi

Synergy Group ASC-nin dəstəyi ilə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" super-turnirinin açılış mərasiminin vaxtı məlum olub. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mötəbər turnirin təntənəli açılış mərasimi mayın 25-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 19-da başlayacaq.

 

Burada bir sıra Nazirliklər, Beynəlxalq Şahmat Federasiyasının (FİDE), mətbuat qurumlarının nümayəndələri, eləcə də, şahmatsevərlər iştirak edəcək. Açılışdan sonra turnirin püşkatma mərasimi baş tutacaq.

 

Qeyd edək ki, “Shamkir Chess 2016” ardıcıl üçüncü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də, qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar.

 

İlk tur mayın 26-da keçiriləcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

0