[b]“Qələbəmizi bəxtlə əlaqələndirməzdim” – Elio Souza[/b]
21.05.2016 - 23:18
[b]“Qələbəmizi bəxtlə əlaqələndirməzdim” – Elio Souza[/b]

“Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Bu matçda özümüzü yaxşı göstərdik. Qalib gəldik, çünki yaxşı oyun nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya U-17 millisinin baş məşqçisi Elio Souza deyib.

 

Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Həlledici oyunda Portuqaliya millisi İspaniyanı oyunsonrası penaltilər seriyasında məğlub edərək çempion olub. Matçdan sonra Portuqaliya millisinin baş məşqçisi Elio Souza jurnalistlərin suallarını cavablandırıb.

 

- İspaniya seçmə mərhələdə qrupdan 2 xalla çıxmışdı. Bu gün qalib gəlsəydilər, bu nə dərəcədə düzgün olardı?

- Bəli, İspaniya bura ən yaxşı ikinci komanda kimi gəlmişdi. Ancaq onlar bu gün çempion olsaydılar, bunu haqsızlıq kimi qəbul etməyəcəkdim. İspaniya güclü komandadı. Bu gün qalib gəldiyimizə görə şadıq. Sərgilədiyimiz oyunu əvvəlki matçlarda da sərgiləmişdik.

 

- Portuqaliya bundan öncəki oyunlarda rahat qalib gəlmişdi. Bu gün isə çətinlik çəkdi. Demək olar ki, İspaniyanı düzgün analiz etməmişdiz?

- İki il öncə Yeni Zelandiyada, ondan öncə Kolumbiyada keçirilən çempionatlarda mənim çalışdırdığım U-17 və U-19 komandaları finalda uduzmuşdu. Bu gün isə qalib gəldik. Bizim federasiyanın strukturu var. U-15-dən tutmuş, U-20 komandasına kimi eyni strukturla işləyirik. Bu gün komandamın göstərdiyi oyundan razı qaldım.

 

- Çempionatın ilk oyunundan Portuqlaiya məhsuldar oyunla seçildi. Buna görə də, bir çoxu bu komandanı favoritlər arasında görürdü. Turnirdən öncə qarşınıza çempion olmağı məqsəd qoymuşduz?

- Biz hər zaman oyunçuların qarşısında çempionluğu məqsəd qoyuruq. Burda fərqli mühitdə oynadıq. Biz bir komanda kimi bütün turnirlərdə qalib gəlmək istəyirik.

 

- Komanda bu gün penaltilərdə qalib gəldi. Bayaq komandanın əvvəllər finalda məğlub olduğunu qeyd etdiz. Düşünmürsüz ki, komandada həlledici oyunlarda motivasiya çatışmamazlığı olur?

- Biz bu turnirin ən məhsuldar komandasıyıq. Yarışboyu yalnız bir qol buraxdıq. Braziliya ilə oyunda penaltilərlə məğlub olmuşduq. Burda qalib gəlməyimizi bəxtlə əlaqələndirməzdim. Komanda bu çempionatda əzmkar oyun sərgilədi.

0