İbrahimoviç haqqında maraqlı iddia
22.05.2016 - 19:59
İbrahimoviç haqqında maraqlı iddia

Son vaxtlar dünya futbol ictimaiyyətinin maraqlandıran əsas məsələ iki futbol adamının harda qərar tutacağıdır. Apasport.az saytının məlumatına görə, bunlardan biri, portuqaliyalı baş məşqçi Joze Mourinyonun ünvanı artıq dəqiqləşmək üzrədir.

 

Belə ki, Mounun “Mançester Yunayted”dən ayrılan Lui Van Qalın yerinə keçəcəyi artıq yüksək səslə söylənilir.

 

Digər maraqlı persona, PSJ-dən ayrılan Zlatan İbrahimoviçin gedəcəyi ünvan da artıq müəyyənləşmək üzrədi. Onun məhz Mourinyonun dəvəti ilə Mançesterə köçəcəyi söylənilir. Bu barədə İsveçin nüfuzlu “Sportbladet” nəşri xəbər yayıb. İsveçli həmkarlarımız hətta Zlatanın “Mançester Yunayted”də oyunçuluqla yanaşı Mourinyonun köməkçisi olacağını da iddia ediblər.

 

Qeyd edək ki, İsveç millisinin hücumçusnun adı “Los Anceles Qalaksi” və “Əl Sədd” ilə də anılırdı.

0