[b]Hakan Çalhanoğlu tarixə düşdü[/b]
22.05.2016 - 20:41
[b]Hakan Çalhanoğlu tarixə düşdü[/b]

Türkiyə yığmasının və “Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu milli komandanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, gənc oyunçu hazırda davam edən yoldaşlıq matçında Türkiyə milli komandasının İngiltərəyə qarşı oyunlarda tarixində ilk qolunun müəllifi olub.

 

Bu vaxta qədər 10 dəfə qarşılaşan rəqiblərin duelində türklərin heç qalibiyyəti yoxdur. 8 qarşılaşmanı İngiltərə qazanıbsa, 2 oyun isə qolsuz bərabərliklə başa çatıb.

 

İngilislərin 31 qoluna qarşılıq “ay-ulduzlular” heç vaxt fərqlənə bilməmişdilər. 

0