İnyesta Puyola çatdı
23.05.2016 - 00:46
İnyesta Puyola çatdı

Andres İnyesta İspaniya kubokunun final matçında “Sevilya” ilə oyunda meydana start heyətində çıxaraq tarixi göstəricini təkrarlayıb. Apasport.az saytının məlumatına görə, istedadlı yarımmüdafiəçi oyun sayında keçmiş kapitan Karles Puyola çatıb.

 

Bu oyunla birlikdə katalonların heyətində 593-cü rəsmi oyununu keçirən “maestro” ən çox oyun keçirən ikinci futbolçu olub.

 

Birinci yerdə isə 767 matçla Xavi Hernandes gedir.

 

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatında “Barselona” ilə 28 rəsmi oyun keçirən İnyesta bir qol vurub.

0