164 dəqiqəlik legioner həyatı
23.05.2016 - 18:56
164 dəqiqəlik legioner həyatı

Azərbaycan yığmasının futbolçusu Samir Məsimov Sloveniyadakı ilk mövsümünü başa vurub. Apasport.az saytının məlumatına görə, bu ilin fevralında “Neftçi”dən “Domjele”yə keçən yarımmüdafiəçi arxada qalan 3 aydan artıq müddətdə nadir hallarda şans qazanıb.

 

Belə ki, ölkə çempionatının 5 oyununda üst-üstə 118, kubokdakı yeganə matçında 46 dəqiqə meydanda olan milliləşən legionerimiz ümumilikdə 164 dəqiqəlik legioner həyatı yaşayıb. Lakin Samir komandası ilə birlikdə Sloveniya çempionatının bürünc mükafatçısı da olmağı bacarıb.

 

Qeyd edək ki, Məsimovun Sloveniya karyerasında 1 qırmızı vərəqə də var.

0