[b]AFFA hakimi söyəni də, döyməyə cəhd edəni də cəzalandırdı[/b]
24.05.2016 - 13:14
[b]AFFA hakimi söyəni də, döyməyə cəhd edəni də cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsi Azərbaycan Həvəskarlar Liqasının oyunlarında yaşanan xoşagəlməz hadisələri araşdırıb. Apasport.az saytının məlumatına görə, “Tufan” – “Şanxay” matçında sonuncular qeydiyyatdan keçməyən futbolçunun xidmətindən yararlanıb. Bu üzdən də qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

“Ağdaş” – “Şərur” görüşünün 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Taryel Zeynalov hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. O, bu hərəkətinə görə 5 oyunluq cəzaya layiq görülüb. “Balaxanı” – “Binə” matçında meydan sahiblərinin oyunçusu Şahin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 matçlıq cəzaya məruz qalıb.

 

0