[b]“Qəbələ”dən ayrılan hücumçu Xorvatiya klubunun hədəfində[/b]
25.05.2016 - 11:11
[b]“Qəbələ”dən ayrılan hücumçu Xorvatiya klubunun hədəfində[/b]

“Qəbələ”nin yollarını ayırdığı Ermin Zets karyerasını Xorvatiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Splitin “Hayduk” klubu bosniya və herseqovinalı hücumçuya “elçi” düşüb.

 

Xorvatiyalılar Zetsi hələ xeyli əvvəl sıralarına qatmaqda da maraqlı olub. Lakin həmin vaxt “Şibenik”də çıxış edən hücumçunun transfer qiyməti çox baha olub. Bu üzdən “Hayduk” istəyini təxirə salıb.

 

Onun “Qəbələ”dən ayrıldıqdan sonra azad agent statusu alması isə Split klubunu yenidən danışıqlara başlamağa vadar edib.

 

Qeyd edək ki, Zets Premyer Liqanın başa çatan mövsümündə 23 oyunda 7 qol vurub.

0