[b]“Kəpəz” heyətinə yeni futbolçu qatdı[/b]
25.05.2016 - 11:17
[b]“Kəpəz” heyətinə yeni futbolçu qatdı[/b]

Avropa Liqasında iştirak edəcək “Kəpəz” heyətinə yeni oyunçu qatıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi hücum xəttini gücləndirib.

 

Julien Ebah və Tadas Simaitisin müqaviləsinin müddətini uzadan “Kəpəz” rəhbərliyi Namiq Ələsgərov, Tərlan Quliyev, Bəxtiyar Soltanov və Junior Osvaldo Martinslə yolları ayırmışdı.

 

“Göy-sarılar” gedən oyunçuların yerini doldurmağa başlayıb. Belə ki, “Kəpəz” başa çatan mövsümünü ikinci hissəsini “Xəzər Lənkəran”da keçirən Tural Qürbətovla anlaşıb. “Sumqayıt”dan da təklif alan 23 yaşlı futbolçu karyerasını “Kəpəz”də davam etdirməyi üstün tutub. Onun seçimində gəncəlilərin Avroliqaya vəsiqə qazanması böyük rol oynayıb.

 

Qeyd edək ki, ötən mövsümə “Rəvan”da başlayan Qürbətov 15 oyunda 4, qışda keçdiyi “Xəzər Lənkəran”da isə 14 matçda 2 qola imza atıb.  

0